Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐌𝐢𝐥𝐥𝐢 𝐌ə𝐭𝐛𝐮𝐚𝐭ı𝐦ı𝐳ı𝐧 𝐲𝐚𝐫𝐚𝐧𝐦𝐚𝐬ı𝐧ı𝐧 𝟏𝟓𝟎 𝐢𝐥𝐥𝐢𝐤 𝐲𝐮𝐛𝐢𝐥𝐞𝐲𝐢 𝐦𝐮̈𝐧𝐚𝐬𝐢𝐛ə𝐭𝐢𝐥ə 𝐣𝐮𝐫𝐧𝐚𝐥𝐢𝐬𝐭𝐥ə𝐫𝐥ə 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢

22 iyul 2025 | 10:39
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatımızın 150 illik yubileyi münasibətilə bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
RİH başçısının birinci müavini Süleyman Zeynallı jurnalistləri 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
S.Zeynallı bildirib ki, artıq beş ildir Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində və digər işğaldan azad olunmuş torpaqlarımızda qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada və 2025-ci ildə Xankəndində keçirilən tədbirlər zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisələrdəndir.
Birinci müavin qeyd etdi ki, mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev bu gün söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir.
Görüşdə Azərbaycan mətbuatının yaranması tarixindən, media ilə dövlət qurumlarının əməkdaşlığından danışıldı, Azərbaycan mediasının həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olduğu bildirildi.
Media işçilərinin peşə bayramları münasibətilə təşkil olunan tədbirdə icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüfət Sahibsoy son illər Şəmkir rayonunda görülən işlər, qarşıya qoyulan məqsədlər barədə KİV nümayəndələrinə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda mətbuat nümayəndələri ilə səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi bildirilib, jurnalistlərə RİH başçısının Təşəkkürnamələri və xatirə hədiyyələri təqdim olunub.
Keçidlər