Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐭ə𝐧𝐭ə𝐧ə𝐥𝐢 𝐍𝐨𝐯𝐫𝐮𝐳 𝐬̧ə𝐧𝐥𝐢𝐲𝐢 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢.

20 mart 2023 | 13:59
Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkirdə ümumrayon şənliyi keçirildi.
Şəmkir Heydər Əliyev Mərkəzinin qarşısında keçirilər bayram tədbirində meydan bayramsayağı Novruz atributları ilə bəzədildi, səmənilər, xonçalar düzüldü.
Tədbirdə iştiak etdən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və sakinlərimiz əvvəlcə Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət Novruz sərgisi ilə tanış oldular. Eyni zamanda idmançılar və gənc müsiqiçilər, təhsil müəssisələrimizin bədii özfəaliyyət kolektivləri də öz məharətlərini göstərdilər.
Bayram tədbirində bütün Azərbaycan xalqını, şəhid ailələrini, qaziləri, Şəmkir sakinlərini, ölkəmizdən kənarda yaşayan şəmkirliləri bayram münasibətilə təbrik edən Rəşad Tağıyev ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladı.
İcra başçısı bildirdi ki, Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir: “Bu bayram xalqımızın milli-mənəvi irsini, tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan bir bayramdır. Bir vaxtlar xalqımızın ən böyük arzusu Novruz bayramını Qarabağda, Şuşada qeyd etmək idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 30 illik torpaq həsrətinə son qoydu və nə xoş bizə ki artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik”.
Rəşad Tağıyev qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, milli mənəvi dəyərlərimizə son dərəcə bağlı olub ona böyük ehtiramla yanaşan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il dövlət səviyyəsində qeyd olunan Novruz şənliklərində iştirak etməsi, xalqımıza təbrik ünvanlaması bu bayrama olan xalq məhəbbəti ilə yanaşı, dövlət qayğısını da nümayiş etdirir: “Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb”.
Novruz şənliyində Şəmkir Yaradıcı Gənclər Birliyinin, rayon Təhsil Sektorunun, mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivlərinin təqdimatında geniş konsert verildi, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbirdə Şəmkir rayon Gənclər İdman İdarəsi, Şəmkir Gənclərinin Karyera və İnkişaf Mərkəzi, Şəmkir Heydər Əliyev Mərkəzi də fəal iştirak etdilər.
Sonda rəmzi tonqal qalandı.
Keçidlər