Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐠ə𝐧𝐜𝐥ə𝐫𝐥ə 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢, 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐯ə 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐜ə𝐤 𝐢𝐬̧𝐥ə𝐫𝐥ə 𝐛𝐚𝐠̆𝐥ı 𝐦𝐮̈𝐳𝐚𝐤𝐢𝐫ə𝐥ə𝐫 𝐚𝐩𝐚𝐫ı𝐥𝐝ı.

13 aprel 2023 | 11:54
 
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev gənclərlə növbəti görüş keçirib.
Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, müxtəlif sahələri təmsil edən ictimai fəallığı ilə seçilən gənclərin iştirak etdiyi görüşdə çıxış edən icra başçısı Prezident cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında və Şəmkir rayonunda aparılan gəncləşmə siyasətindən, gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
Rəşad Tağıyev görüş çərçivəsində gənclərə Şəmkir rayonunda 2022-ci ildə görülən işlər, cari ildə isə qarşıya qoyulan məqsədlərlə bağlı ətraflı məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı müzakirələr edilib.
İcra başçısı qeyd edib ki, planlı şəkildə görüləcək bu işlərdə gənclər də fəal olmalı, ictimai iştirakçılığı təmin etməli və Şəmkirin inkişafı üçün öz bilik və bacarıqlarını əsirgəməməlidirlər.
Sonda Rəşad Tağıyev bu kimi görüşlərin mütəmadi keçiriləcəyini və rayonun bütün fəal gənclərinin bu müzakirələrə qoşulacağını xüsusi vurğulayıb.
Keçidlər