Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟕 𝐦𝐢𝐧 𝟏𝟓𝟔 𝐡𝐞𝐤𝐭𝐚𝐫 𝐬𝐚𝐡ə𝐝ə 𝐭𝐚𝐱ı𝐥 𝐛𝐢𝐜̧𝐢𝐧𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥ı𝐛

17 iyul 2025 | 10:21
Respublikamızın əsas kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə son illər taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm işlər görülüb.
Cari ilin məhsulu üçün rayonda 14 min 224 hektar sahədə taxıl əkilib. Bunun da 7 min 366 hektarı ( 3 min 195 buğda, 4 min 171 arpa) suvarılan, 6 min 858 hektarı (3 min 903 buğda, 2 min 955 arpa) isə dəmyə sahələridir. Eyni zamanda 60 hektar ərazidə isə vələmir əkilmişdir.
Ötən il taxıl sahələrindən yüksək məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər.
Artıq rayonumuzun suvarılan torpaq sahələrində taxıl yığımı başa çatmaq üzrədir. İyulun ayının əvvəlinə olan məlumata görə rayon ərazisində bu günə qədər 7 min 156 hektar ( 2 min 995 hektar buğda, 4 min 161 hektar arpa) ərazidə biçin aparılıb və 27 min 181 ton ( 12 min 215 ton buğda, 14 min 966 ton arpa) məhlu yığılıb. Hazırda sahələrdə orta məhsuldarlıq 38 sentnerdir.
Keçidlər