𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐬𝐨𝐧 𝟑 𝐚𝐲𝐝𝐚 𝐮̈𝐦𝐮𝐦𝐢 𝐦ə𝐡𝐬𝐮𝐥 𝐛𝐮𝐫𝐚𝐱ı𝐥ı𝐬̧ı𝐧 𝐡ə𝐜𝐦𝐢 𝟏𝟒𝟑 𝟔𝟖𝟗,𝟎 𝐦𝐢𝐧 𝐦𝐚𝐧𝐚𝐭 𝐨𝐥𝐮𝐛
2025-ci ilin yanvar-mart aylarında Şəmkir rayonunda ümumi məhsul buraxılışın həcmi 143 689,0 min manat, ÜMB-nin bir nəfərə düşən həcmi isə 658,1 manat təşkil edib. ÜMB-nin strukturunda istehsal sahələrinin xüsusi çəkisi 58,4 faiz, xidmət sahələrinin çəkisi isə 41,6 faiz olub.
Respublikanın ən iri aqrar rayonlarından biri olan Şəmkirdə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərdə kənd təsərrüfatının payı 35,9 faiz, sənayenin 20,6 faiz, ticarət sahəsinin payı isə 39,6 faiz təşkil edib.
Sevindirici haldır ki, dövlət tərəfindən sahibkarlığın inkişafına yönəlmiş dəstək tədbirlərinin nəticəsi Şəmkir rayonunda da özünü göstərib. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında ümumi məhsul buraxılışının həcmində özəl sektorun xüsusi çəkisi ötən il eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 88,7 faiz təşkil edib.