Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐭ə𝐬̧𝐤𝐢𝐥 𝐨𝐥𝐮𝐧𝐚𝐧 𝐢𝐝𝐦𝐚𝐧 𝐲𝐚𝐫ı𝐬̧𝐥𝐚𝐫ı𝐧𝐝𝐚𝐧 𝐦𝐢𝐧𝐝ə𝐧 𝐜̧𝐨𝐱 𝐢𝐝𝐦𝐚𝐧𝐜̧ı 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤 𝐞𝐝𝐢𝐛.

19 yanvar 2023 | 12:23
Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son illərdə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün isə ölkə rəhbəri Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan hazırda dünyanın qabaqcıl idman ölkələrindən biri hesab olunur və idman dövlətimiz üçün ən mühüm sahələrdəndir.
Şəmkir rayonunda da idmanın inkişafı üçün məqsədyönlü tədbirlər davam etdirilir.
Ötən il ərzində rayonumuzun idman həyatında bir çox uğurlara imza atılmış, Şəmkir müxtəlif idman növlərində yarışlara ev sahibliyi etmişdir.
Eyni zamanda rayondaxili yarışlara da xüsusi diqqət ayrılmışdır.
Belə ki, ötən ilin yanvar ayında 2008/2010-cu il təvəllüdlü idmançılar arasında Sərbəst güləş taekvando, boks və şahmat üzrə rayon birincilikləri təşkil olundu.
Rayon gənclərinin xüsusi maraq göstərdiyi idman növlərindən biri də mini futbol turnirləridir ki, ötən il Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə müxtəlif turnirlər keçirildi.
Şəmkir ötən il regional idman tədbirlərinə də ev sahibliyi etdi. Belə ki, 2022-ci ilin aprel ayında Qazax, Ağstafa və Tovuz komandalarının da iştirakı ilə Boks üzrə rayon Açıq birinciliyi təşkil olundu.
3-4 may tarixində isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Şəmkir Olimpiya İdman Kompleksində boks üzrə Şəmkir rayon Açıq Birinciliyi keçirildi. Yarışda Şəmkir, Qazax, Tovuz və Ağstafa komandaları olmaqla, ümummillikdə 120 nəfərdən artıq idmançı iştirak etdi.
13 iyun 2022-ci il tarixində isə Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin və Şəmkir Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə uşaqlar arasında “15 iyun milli qurtuluş günü”nə həsr olunmuş uşaqlar arasında mini futbol turniri təşkil olundu.
Şəmkir Olimpiya İdman Kompleksində “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Açıq rayon birinciliyi də rayonun idman həyatında mühüm əhəmiyyətə malik oldu. Yarışda Şəmkirlə yanaşı digər şəhər və rayonlardan 180 nəfər idmançı mübarizə apardı.
Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan idman yarışlarından biri də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə Şəmkir rayon Açıq birinciliyi idi. Yarışda Şəmkir, Tovuz, Ağstafa və Mingəçevir şəhərinin komandaları iştirak etdilər.
Bundan başqa rayonda müxtəlif idman növləri üzrə il ərzində idman ictimaiyyətinin marağına səbəb olan yarışlar təşkil oldundu ki, bu yarışların məqsədi Şəmkirdə idmanın inkişafına, müxtəlif növlərdə idmançıların yetişməsinə dəstək göstərməkdir.
Keçidlər