Şriftin ölçüsü :

Saytın rəngi :

𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə𝐲ə 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐲𝐚𝐫𝐝ı𝐦 - 𝐌𝐮̈𝐚𝐬𝐢𝐫 𝐦𝐨𝐝𝐮𝐥 𝐭𝐢𝐩𝐥𝐢 𝐞𝐯𝐥ə𝐫 𝐠𝐨̈𝐧𝐝ə𝐫𝐢𝐥𝐝𝐢.

20 fevral 2023 | 11:09
 
 
Fevralın 6-da Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir.
Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə Bakı şəhərində sifariş olunmuş müasir modul tipli evlər hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanan 1 və 2 otaqlı belə evlərdə bütün lazımi şərait yaradılıb.
Modul tipli evlərdən 5-i də Şəmkir Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanıb və qardaş ölkəyə yola salınıb.
Həmçinin, Şəmkir sakinləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq Türkiyəyəy göndərildi. İndiyədək Şəmkirdən 5 TIR humanitar yardım Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınmışdır.
Keçidlər