Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐤ə𝐧𝐝 𝐭ə𝐬ə𝐫𝐫𝐮̈𝐟𝐚𝐭ı𝐧ı𝐧 𝐬𝐢𝐲𝐚𝐡ı𝐲𝐚𝐚𝐥ı𝐧𝐦𝐚𝐬ı𝐧𝐝𝐚 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤 𝐞𝐝ə𝐜ə𝐤 𝐭ə𝐥𝐢𝐦𝐚𝐭𝐜̧ı-𝐧ə𝐳𝐚𝐫ə𝐭𝐜̧𝐢𝐥ə𝐫𝐥ə 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛

15 iyul 2025 | 10:11
Tədbiri giriş sözü ilə açan Şəmkir RİH başçısının müavini, kənd təsərrüfatının siyahıyalınamasına yardım komissiyasının sədri Rüfət Sahibsoy bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Həmin proqrama əsasən 2025-ci ildə respublikada kənd təsərrüfatının siyahıyaalınması nəzərdə tutulub və bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı qəbul edilib. Qərara əsasən Şəmkir rayonunda da müvafiq qurumların təmsilçilərindən ibarət yardım komissiyası formalaşdırılıb. Komissiya tərəfindən siyahıyaalmada iştirak edəcək sayıcılar və təlimatçı-nəzarətçilər müəyyən edilib.
Müasir dövrdə hökumət tərəfindən qərarların qəbulunda dəqiq məlumat bazalarının formalaşdırılmasının əhəmiyyətini vurğulayan RİH başçısının müavini qeyd etdi ki, bu baxımdan ölkə iqtisadiyyatının strateji sahələrindən biri olan kənd təsərrüfatı sahəsi üzrə məlumatların aktuallaşdırılması zəruridir. O, siyahıyaalmanın ilk dəfə hazırlanmış xüsusi proqram təminatı ilə aparılacağını bildirirək prosesin uğurla tamamlanması istiqamətində təlimatçı-nəzarətçilərə müvafiq tapşırıqlar verdi.
Tədbirdə çıxış edən komissiya sədrinin müavini, Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Hüseynov siyahıyaalmanın hüquqi əsasları və zəruriliyi, həmçinin məqsədləri və əhatə dairəsi haqqında məlumat verdi, sayıcılar tərəfindən təsərrüfatlara baxış zamanı mövcud göstəricilərin proqram təminatına dəqiq daxil edilməsinin zəruriliyini qeyd etdi.
Daha sonra Şəmkir Rayon Statistika İdarəsinin əməkdaşları tərəfindən siyahıyaalmada iştirak edəcək təlimatçı-nəzarətçilər üçün təlim keçirildi.
Keçidlər