Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐤ə𝐧𝐝 𝐭ə𝐬ə𝐫𝐫𝐮̈𝐟𝐚𝐭ı𝐧ı𝐧 𝐢𝐧𝐤𝐢𝐬̧𝐚𝐟ı 𝐝𝐚𝐢𝐦 𝐝𝐢𝐪𝐪ə𝐭 𝐦ə𝐫𝐤ə𝐳𝐢𝐧𝐝ə𝐝𝐢𝐫

09 yanvar 2023 | 15:48
Şəmkir rayonunun iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2022-ci ildə də davam etmiş istehsal və xidmət sahələrində qazanılan uğurlar yüksək artım sürətini təmin etmişdir.
Əldə olunan uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər rayonumuzun inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir.
𝐊ə𝐧𝐝 𝐓ə𝐬ə𝐫𝐫𝐮̈𝐟𝐚𝐭ı
Şəmkir rayonu respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq aparıcı rol oynayır. Eyni zamanda rayonun təsərrüfatlarında bostan və günəbaxan məhsulları da istehsal edilir.
2022-ci ilin 9 ayı ərzində rayon üzrə biçilən 14 min 375 hektar taxıl sahəsinin, o cümlədən 8 min 565 hektar buğda sahəsinin hər hektarından 34,6 sentner olmaqla 29 min 635 ton buğda, 8 min 565 hektar arpa sahəsinin hər hektarından 31,1 sentner olmaqla 17 min 675 ton arpa, 118 hektar vələmir sahəsinin hər hektarından 23,0 sentner olmaqla 272 ton vələmir istehsal olunmuşdur.
Taxıl biçini ilə yanaşı həmin dövrdə 6 min 568 hektar kartof sahəsinin hər hektarından 255,0 sentner olmaqla 167 min 500 ton kartof, tərəvəz yığılan 6 min 423 hektar sahənin hər hektarından 470,1 sentner olmaqla 301 min 952 ton tərəvəz, dən üçün əkilmiş 1636 hektar qarğıdalı sahəsinin hər hektarından 74,1 sentner olmaqla 12 min 125 ton qarğıdalı yığılmışdır.
78 hektar bostan sahəsinin hər hektarından 312,0 sentner olmaqla 2 min 434 ton məhsul yığılmışdır. 941 hektar günəbaxan sahəsinin hər hektarından 18,2 sentner olmaqla 1713 ton günəbaxan istehsal olunmuşdur.
Rayonun meyvə və giləmeyvə bağlarından 55 min 990 ton meyvə və giləmeyvə, üzüm bağlarından isə 34min 44 ton üzüm yığılmışdır.
Ötən il rayon üzrə 14 min 678 hektar sahədə payızlıq şum aparılmışdır. Cari ildə 780 hektar sahədə təkrar əkinlər aparılmışdır.
2022-ci ilin 9 ayında bütün təsərrüfat kateqoriyaları üzrə 7 min 230 ton ət, 39 min 275 ton süd, 23 min 501 min ədəd yumurta, 534,2 ton yun və 8 min 980 kq barama istehsal edilmişdir. Bu göstəricilər keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,1 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 2,3 faiz, yun istehsalı 0,6 faiz artmışdır.
Keçidlər