Şriftin ölçüsü :

Saytın rəngi :

𝐃ə𝐥𝐥ə𝐫 𝐂ə𝐲𝐢𝐫 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢.

05 may 2023 | 12:12
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev hər həftə rayon sakinlərini fərdi qəbul edir, onların təklif və problemlərini dinləyir, qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar keçirir.
RİH başçısı Rəşad Tağıyev bu dəfə Dəllər Cəyir kəndində sakinlərlə görüşüb.
İcra başçısı görüşdən öncə kəndin Vətən müharibəsi şəhidi Rövşən Mədətovun məzarını və kəndin şəhidləri üçün inşa olunmuş Abidə-bulaq kompleksini ziyarət edib.
Sakinlərlə görüşdə icra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da aparılan abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir.
Rəşad Tağıyev Dəllər Cəyir kəndi də daxil olmaqla, bütün rayon ərazisində sakinləri narahat etdən ən xırda problemlərdən də məlumatlı olduğunu, bu istiqamətdə aidiyyəti dövlət təşkilatları ilə birlikdə əvvəlcədən tərtib olunmuş İş Planına uyğun məqsədyönlü tədbirlərin görüldüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Görüşdə iştirak edən kənd ağsaqqalları və gənclər göstərilən diqqət və qayğıya, problemlərə göstərilən həssas münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar qəbulları davam edir və sakinlərlə görüşlər bütün yaşayış məntəqələrində keçiriləcək.
Keçidlər