Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐒ə𝐫𝐡ə𝐝 𝐌𝐮̈𝐡𝐚𝐟𝐢𝐳ə𝐬𝐢𝐧𝐢𝐧 𝟏𝟎𝟒 𝐢𝐥𝐥𝐢𝐲𝐢 𝐪𝐞𝐲𝐝 𝐞𝐝𝐢𝐥𝐢𝐛

18 avqust 2023 | 17:15
Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı Şəmkir sərhəd dəstəsinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə tər çiçəklər düzüblər.
Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik edərək bildiriblər ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir.
Keçidlər