Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐊𝐮̈𝐭𝐥ə𝐯𝐢 𝐅𝐮𝐭𝐛𝐨𝐥 𝐇ə𝐟𝐭ə𝐬𝐢, "𝐒̧ə𝐦𝐤𝐢𝐫" 𝐏𝐅𝐊-𝐧ı𝐧 𝐭ə𝐪𝐝𝐢𝐦𝐚𝐭 𝐦ə𝐫𝐚𝐬𝐢𝐦𝐢 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢

18 sentyabr 2023 | 15:22
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzinin ərazisində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
60-a yaxın uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçirib. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı birlikdə təqdim edib.
UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində baş tutan tədbirdən sonra “Şəmkir” Futbol Klubunun rayon ictimaiyyətinə təqdimatı keçirilib.
Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov, Futbolun İnkişafı Fondunun icraçı Direktoru Tural Priyev, “Şəmkir” Futbol Klubunun vetaran futbolçuları, rayon ictimaiyyəti iştirak ediblər.
Çıxış edənlər ilk öncə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, bir sıra idman növləri üzrə əldə edilmiş yüksək nailiyyətlər haqqında məlumat veriblər.
Daha sonra “Şəmkir”-in tarixi haqqında məlumatlar verilib, komandanın hazırki durumu, perspektivlər, gələcək planlar haqqında danışılıb.
Bildirilib ki, uzun fasilədən sonra 2-ci liqada çıxış edən "Şəmkir" Futbol Klubu ona göstərilən etimadı doğrulmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsi, ölkə futbolunun inkişaf səviyyəsinin yüksəldilməsi, peşəkar futbolçuların hazırlanması istiqamətində xidmətlər göstərəcək və bu prosesdə yaxından iştirak edəcək.
Keçidlər