Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐅𝐇𝐍 𝐢𝐬̧𝐜̧𝐢𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐩𝐞𝐬̧ə 𝐛𝐚𝐲𝐫𝐚𝐦ı 𝐪𝐞𝐲𝐝 𝐨𝐥𝐮𝐧𝐮𝐛

16 dekabr 2022 | 19:25
Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.
Bu münasibətilə Şəmkirdə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir DYMH-nin rəisi Vahid Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Şəmkir DYMH-nin kollektivi Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmətlə yad ediblər.
RİH başçısı Rəşad Tağıyev əvvəlcə 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan bütün işçiləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç əməkdaşı- rəis müavini-daxili xidmət mayoru Məmmədov Elçin Şahsevər oğlu, manqa komandiri-daxili xidmət baş çavuşu Aslanov Emin Namiq oğlu və sürücü- daxili xidmət baş çavuşu Camalov Sənan Əsəd oğlu xidmətlərində fərqləndiklərinə görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Keçidlər