Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐛𝐚𝐠̆𝐥𝐚𝐫𝐝𝐚𝐧 𝟏𝟓𝟐𝟑𝟓 𝐭𝐨𝐧 𝐦𝐞𝐲𝐯ə 𝐯ə 𝐠𝐢𝐥ə𝐦𝐞𝐲𝐯ə 𝐲ı𝐠̆ı𝐥ı𝐛

08 sentyabr 2023 | 17:08
Şəmkirdə uzun illər ərzində formalaşmış ənənələrdən səmərəli şəkildə istifadə etməklə kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsi də inkişaf edir.
Bununla yanaşı müasir suvarma sistemlərinin, innovativ texnologiyaların tətbiqi, o cümlədən dövlət dəstəyi mexanizmləri meyvəçiliyin daha da inkişafına zəmin yaradır.
Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonunda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur.
Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, nar, şaftalı, heyva və digər meyvə bağları mövcuddur.
2023-cü ilin yanvar-iyun aylarında rayonda mövcud olan bağlardan 15235,7 ton meyvə və giləmeyvə yığılıb. İstehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur ki, bu da ölkəyə valyuta daxilolmalarının artırılmasına müsbət təsir göstərir.
Cari ildə Şəmkir rayonunda xurma bağlarından da fermerlər yüksək məhsuldarlıq əldə edəcəklərini gözləyirlər.
Keçidlər