Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐦𝐢𝐳𝐥ə 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥-𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐃𝐮̈𝐳𝐪ı𝐬̧𝐥𝐚𝐪 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢

28 oktyabr 2023 | 11:19
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Düzqışlaq kəndində sakinlərlə səyyar qəbul keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” deyə bəyan edən dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edib: “Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçımızın hərtərəfli qayğısı sayəsində ötən illər ərzində Şəmkir rayonunun da iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyətinin genişlənməsində, ən nəhayət, sakinlərimizin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna nailiyyətlər əldə edilmişdir”.
Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər