Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə “𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯 𝐯ə 𝐚𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧𝐜̧ı𝐥ı𝐪 𝐦ə𝐟𝐤𝐮𝐫ə𝐬𝐢” 𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮𝐧𝐝𝐚 𝐞𝐥𝐦𝐢-𝐩𝐫𝐚𝐤𝐭𝐢𝐤 𝐤𝐨𝐧𝐟𝐫𝐚𝐧𝐬 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛.

30 mart 2023 | 15:21
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəmkirdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov və digər konfrans iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edən film izlənilib.
Konfransda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik tariximizdəki müstəsna xidmətlərdən danışıb.
İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri qoyub getdi: “Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Azərbaycançılıq ideologiyasının ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqımızda dövlətçilik hissini formalaşdırdı”.
Rəşad Tağıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü bütün çıxışlarında dəfələrlə vurğulamışdır və hər zaman bu ideyaya sadiqlik nümayiş etdirmişdir.
Konfrans çıxış edənlər Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, xalqımız qarşısında xidmətlərindən danışıblar.
Bildirilib ki, zaman keçdikcə Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, tarix inamla onun dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini bir daha təsdiq edir.
Keçidlər