Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐦𝐢𝐳𝐥ə 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐒ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬̧ə𝐡ə𝐫𝐢𝐧𝐝ə 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢.

14 aprel 2023 | 17:10
 
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, RİH başçısı tərəfindən tapşırıqlar verilir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş Şəmkir şəhər sakinləri ilə keçirildi.
Rəşad Tağıyev sakinlərlə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verdi.
İcra başçısı bildirdi ki, Respublikamızda yaradılmış ictimai-siyası sabitlik şəraitində Şəmkir rayonunda 2022-ci ildə sosial-iqtisadi sahədə dinamik inkişaf təmin edilib: “RİH tərəfindən 2022-ci ildə görülən işlərin əsasını təşkil edən sosial sahə üzrə Vətəndaş müraciəti və qəbulların təşkili, şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələrlə iş, sosial sifarişlərin yığılması və icra mexanizminin hazırlanması təşkil edib”.
Rəşad Tağıyev qeyd etdi ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəmkir rayonunda 2022-ci ildə abadlıq-quruculuq işlərinə aparılıb. Belə ki, 2022-ci ildə Şəmkir şəhərinin 7 küçəsinə ümumi uzunluğu 8,3 km asfalt beton örtüyü çəkilib, 3 küçəsinin ümumi uzunluğu 2,8 km olan asfalt örtüyü cari təmir edilib, 5 küçəsində isə abadlıq işləri aparılıb.
Daha sonra sakinlərlə ümumi problemlər müzakirə olundu.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildi, bir hissəsi həll olundu, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildi.
Keçidlər