Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin Peşə Bayramı qeyd olunub

24 noyabr 2022 | 10:07
Şəmkirdə 22 noyabr - Ədliyyə işçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Regional Ədliyyə İdarəsinin məhkəmə, notariat kontorunun və qeydiyyat şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri şəhərin mərkəzində ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Əlamətdar günə həsr olunan tədbirdə RİH başçısı Rəşad Tağıyev peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edib.
Azərbaycanın ədliyyə və məhkəmə sisteminin tarixindən, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından danışılıb, bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə olunub.
 
Keçidlər