Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐝𝐚 𝐔𝐥𝐮 Ö𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝐱𝐚𝐭𝐢𝐫ə𝐬𝐢 𝐞𝐡𝐭𝐢𝐫𝐚𝐦𝐥𝐚 𝐚𝐧ı𝐥ı𝐛

12 dekabr 2022 | 16:48
 
Şəmkirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstləri qoyublar.
Daha sonra Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təqdimatında Ulu öndərin vəfatının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevə həsr olunmuş film izlənilib, məktəblilərin ifasında dahi şəxsiyyətin sevdiyi şeirlər təqdim olunub.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərini diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik rəhbər kimi çıxış etdiyini bildirib.
İcra başçısı vurğulayıb ki, Ulu öndər ancaq Azərbaycanın parlaq gələcəyini, millətin xoşbəxtliyini düşünürdü, müstəqilliyimizin əbədi olması üçün əlindən gələni edirdi: “Onun ən böyük arzusu isə Qarabağı azad görmək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm Ulu öndərin, həm də bütün Azərbaycan xalqının arzusunu gerçəkləşdirdi”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz təcrübə məktəbidir.
Keçidlər