Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐢𝐝𝐦𝐚𝐧𝐜̧ı𝐥𝐚𝐫ı 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐜̧𝐞𝐦𝐩𝐢𝐨𝐧𝐚𝐭ı𝐧𝐝𝐚 𝐲𝐮𝐧𝐚𝐧-𝐑𝐨𝐦𝐚𝐝𝐚𝐧 𝐬𝐨𝐧𝐫𝐚 𝐬ə𝐫𝐛ə𝐬𝐭 𝐠𝐮̈𝐥ə𝐬̧𝐝ə 𝐝ə 𝐦𝐞𝐝𝐚𝐥𝐥𝐚 𝐝𝐨̈𝐧𝐮̈𝐫.

04 aprel 2023 | 16:44
Bakı İdman Sarayında güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatına start verilib.
Sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da ümumilikdə 169 güləşçi qüvvəsini sınayıb.
Mükafatçılar arasında Şəmkir idmançısı da olub.
Belə ki, Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin idmançısı Məhəmməd Həmidov bürünc medal qazanıb.
92 kq-da çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Pəhləvan idman klubunu təmsil edən Səid Paşayevlə 2:2 hesabı ilə bərabərə qalsa da hakimlər qələbəni rəqibə veriblər.
Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız Lokomotiv İdman Klubunun yetirməs Etibar Süleymanzadə üzərində 8:0 hesabı ilə qələbə qazanaraq fəxri kürsüyə qalxıb.
Qələbə münasibətilə idmançımızı və onun məşqçi müəllimləri Rakif Məmmədov, Zirəddin Mahmudovu təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.
Keçidlər