Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 İ𝐫𝐦𝐚𝐬̧𝐥ı 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐤ə𝐡𝐫𝐢𝐳𝐥ə𝐫𝐝ə 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐧 𝐛ə𝐫𝐩𝐚 𝐢𝐬̧𝐥ə𝐫𝐢𝐧ə 𝐛𝐚𝐱ı𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐛

23 may 2023 | 16:04
Xəbər verdiyimiz kimi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndinin ərazisində yerləşən kəhrizlərdə də yeni texnologiyaların tətbiqi ilə bərpa işləri aparılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev İrmaşlı kəndində görülən işlərlə yerində tanış olub.
İş icraçıları kəhrizlərin bərpası barədə ətraflı məlumat verərək bildirdilər ki, artıq kəhrizlərdən 14-ü yeni texnoloji metodologiya tətbiq edilməklə bərpa olunub. Hazırda bərpası yekunlaşmaq üzrə olan kəhrizlərdə də müasir texnologiyalar tətbiq edilir. Ümumilikdə layihə çərçivəsində İrmaşlı kəndi ərazisində 24 kəhrizin bərpası nəzərdə tutulub ki, onun da artıq bir neçəsi hazırdır.
Bildirilib ki, əvvəlcə quyular arasında horizontal qazma işləri aparılır. Sonra həmin tunellər genişləndirilir və quyular arasında borular çəkilir. Müasir avadanlıqlar vasitəsilə tunellərin qazılması həm asanlaşır, həm də daha qısa müddətdə həyata keçirilir.
Qeyd edək ki, layihənin əsas məqsədi kəhrizlər olan ərazilərdə yaşayanların suvarma suyu ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsidir.
Keçidlər