Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 - "Görülən işlərin təməlində vətəndaşların maraqları dayanır"

14 noyabr 2023 | 17:27
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə İ𝐫𝐦𝐚𝐬̧𝐥ı kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, bu gün dövlətimizin daxili siyasətinin mühüm parametrlərindən biri regionların sürətli inkişafıdır. Həyata keçirilən köklü sosial-iqtisadi islahatlar, bölgələrdə yenidən qurulan infrastruktur ölkəmizin ümumi inkişafına böyük təkan verir. Görülən işlərin, yürüdülən siyasətin təməlində isə ölkənin və Azərbaycan vətəndaşının maraqları dayanır.
Rəşad Tağıyev qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçımızın hərtərəfli qayğısı sayəsində ötən illər ərzində Şəmkir rayonunun da iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyətinin genişlənməsində, ən nəhayət, sakinlərimizin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna nailiyyətlər əldə edilmişdir.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər