Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐑İ𝐇-𝐢𝐧 𝐭ə𝐬̧𝐤𝐢𝐥𝐚𝐭𝐜̧ı𝐥ı𝐠̆ı 𝐢𝐥ə 𝐍 𝐬𝐚𝐲𝐥ı 𝐡ə𝐫𝐛𝐢 𝐡𝐢𝐬𝐬ə𝐝ə 𝐛𝐚𝐲𝐫𝐚𝐦 𝐭ə𝐝𝐛𝐢𝐫𝐢 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢

15 mart 2023 | 09:37
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissədə milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramının ilaxır çərşənbəsi münasibətilə tədbir keçirilib.
Bayram tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, N saylı Hərbi Hissənin zabit və əsgər heyəti, RİH əməkdaşları iştirak ediblər.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək bütün xalqımızı, şəhid ailələrini, qaziləri və hər zaman vətənimizin keşiyində dayanan Qalib Azərbaycan əsgərlərini Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Bu bayram xalqımızın milli-mənəvi irsini, tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan bir bayramdır.
İcra başçısı qeyd edib ki, nə xoş bizə ki, bu bayramı artıq daha coşqulu, daha möhtəşəm qeyd edirik. Çünki Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 30 illik torpaq həsrətinə son qoydu və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Novruz şənliyində bədii öz fəaliyyət kollektivinin təqdimatında konsert verilib, Kosa və Keçəl əsgərlərimizdə xoş ovqat yaradıblar.
Tədbir çərçivəsində N saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilib.
Sonra rəmzi tonqal qalanıb.
 
Keçidlər