𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 ə𝐬𝐚𝐬𝐥ı 𝐭ə𝐦𝐢𝐫-𝐛ə𝐫𝐩𝐚 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐧 𝐭ə𝐡𝐬𝐢𝐥 𝐦𝐮̈ə𝐬𝐬𝐢𝐬ə𝐬𝐢𝐧𝐝ə 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫𝐥ə 𝐦𝐚𝐫𝐚𝐪𝐥𝐚𝐧ı𝐛.
20 fevral 2023 | 16:05
Prezident cənab İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi əhatə edir.
Bu gün Şəmkir rayonunda da mərhələli şəkildə təhsil müəssisələri yenilənir, şagirdlərin rahat təhsil alması üçün imkanlar genişləndirilir.
Bu dəfə Zəyəm qəsəbəsində yerləşən Əhməd Cəmil adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir-bərpa işləri aparılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev məktəbdə görülən işlərlə maraqlanıb, yaradılan şəraitlə yaxından tanış olub.
İş icraçısı layihə barədə məlumat verərək bildirib ki, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır.
1176 şagird yerlik 2 korpusdan ibarət məktəb binasında akt və idman zalı, laboratoriya, yeməkxana da müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bundan başqa məktəbin həyətində içməli su anbarı, qazanxana da inşa edilir.
Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi üçün işlər davam etdirilir.
Son bir ildə rayonumuzun ən böyük təhsil müəssisələrindən olan Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey və Coşqun Abdıyev adına Zəyəm Cırdaxan kənd 2 saylı tam orta məktəb yenilənərək müasir standartlara uyğun qurulub.