Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐊𝐮̈𝐫 𝐪ə𝐬ə𝐛ə𝐬𝐢𝐧𝐝ə 𝐪ə𝐛𝐮𝐥 𝐤𝐞𝐜̧𝐢𝐫𝐝𝐢, 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐧 𝐪𝐚𝐥𝐝ı𝐫𝐝ı𝐠̆ı 𝐦ə𝐬ə𝐥ə𝐥ə𝐫𝐥ə 𝐲𝐞𝐫𝐢𝐧𝐝ə 𝐦𝐚𝐫𝐚𝐪𝐥𝐚𝐧𝐝ı.

30 yanvar 2023 | 11:08
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Kür qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib.
İcra başçısı görüşdən öncə qəsəbənin şəhidlərinin məzarlarını ziyarət edib.
RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə icra başçısı qeyd edib ki, prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
Sakinlərlə görüşdə rayon rəhbəri regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
Rəşad Tağıyev prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Daha sonra sakinlərlə qəsəbənin ümumi problemləri müzakirə olunub.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi yerində həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib, qaldırılan problemlərə yerində baxış keçirib.
Keçidlər