𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐛𝐮 𝐝ə𝐟ə 𝐊ö𝐧ü𝐥𝐥ü 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐛
29 dekabr 2022 | 11:41
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, RİH başçısı tərəfindən tapşırıqlar verilir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş rayonumuzun Könüllü kəndinin sakinləri ilə keçirildi.
Rəşad Tağıyev kənd ictimaiyyətinin nümayəndələri ilə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verdi.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olundu.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn sakinlərin arzu və istəkləri, təklifləri müzakirə olunub, qaldırılan məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.