Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐙ə𝐲ə𝐦 𝐪ə𝐬ə𝐛ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢 𝐢𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐛.

20 fevral 2023 | 10:54
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Zəyəm qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib.
İcra başçısı görüşdən öncə qəsəbənin şəhidlərinin məzarlarını ziyarət edib.
RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə icra başçısı qeyd edib ki, prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
İcra başçısı Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında qəsəbə ictimaiyyətinə məlumat verib.
Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyev regional dövlət proqramlarının icrasını daim diqqətdə saxlayıb, ölkənin ən ucqar məntəqələrində yaşayan sakinlərin həyatı, gündəlik qayğıları ilə mütəmadi olaraq maraqlanır.
Daha sonra sakinlərlə qəsəbənin ümumi problemləri müzakirə olunub.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi yerində həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər