Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐛𝐮 𝐝ə𝐟ə 𝐗𝐮𝐥𝐮𝐟 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐦𝐢𝐳𝐢𝐧 𝐩𝐫𝐨𝐛𝐥𝐞𝐦𝐥ə𝐫𝐢 𝐢𝐥ə 𝐲𝐞𝐫𝐢𝐧𝐝ə 𝐭𝐚𝐧ı𝐬̧ 𝐨𝐥𝐮𝐛.

08 sentyabr 2023 | 09:13
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir, vətəndaşların problemləri ilə yerində tanış olur.
Növbəti səyyar qəbul Xuluf kəndində keçirilib.
Qəbuldan öncə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər