Şriftin ölçüsü :

Saytın rəngi :

"𝐃𝐢𝐧𝐢 𝐫𝐚𝐝𝐢𝐤𝐚𝐥𝐢𝐳𝐦ə 𝐪𝐚𝐫𝐬̧ı 𝐦𝐮̈𝐛𝐚𝐫𝐢𝐳ə𝐝ə 𝐭ə𝐡𝐬𝐢𝐥𝐢𝐧 𝐫𝐨𝐥𝐮" mövzusunda maarifləndirici tədbir keçirilib

09 oktyabr 2025 | 09:44

Şəmkir şəhər Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində gənclər arasında dini radikalizmin, erkən nikahın və narkomaniyanın qarşısının alınması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrə toxunaraq qeyd ediblər ki, gənclərin düzgün dini maarifləndirilməsi və sağlam informasiya ilə təmin olunması bu cür təhdidlərin qarşısının alınmasında mühüm rol oynayır. İştirakçılara dini ekstremizmə qarşı mübarizə yolları, radikal çağırışların tanınması və onların fəsadları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, erkən nikahın hüquqi və sosial nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, erkən nikah gənclərin təhsil imkanlarını məhdudlaşdırır, sosial inkişaflarına mənfi təsir göstərir və bu hallar çox zaman ailə zorakılığı və psixoloji travmalarla müşayiət olunur.
Narkomaniya ilə bağlı təqdim olunan real həyat hekayələri gənclər arasında böyük maraq doğurub. Çıxış edənlər bu bəla ilə mübarizədə cəmiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.

Keçidlər