𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐛𝐮 𝐝ə𝐟ə Ə𝐥𝐢𝐲𝐚𝐪𝐮𝐛𝐥𝐮 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐛.
03 fevral 2023 | 12:48
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş Əliyaqublu kəndinin sakinləri ilə keçirildi.
İcra başçısı görüşdən öncə kəndin şəhidlərinin məzarlarını və 20 Yanvar abidəsini ziyarət edib.
Sakinlərlə görüşdə rayon rəhbəri regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
İcra başçısı bildirib ki, Əliyaqublu kəndi Şəmkirin strateji mövqeyi ən yaxşı olan kəndlərindən biridir və Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya standartlarına uyğun yenidən qurulmuş Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşir. Bu da kəndin gələcəkdə daha da inkişafına təkan verəcək.
Rəşad Tağıyev Prezident Cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.