Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐛𝐮 𝐝ə𝐟ə 𝐒𝐚𝐛𝐢𝐫𝐤ə𝐧𝐝 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢 𝐪ə𝐛𝐮𝐥 𝐞𝐝𝐢𝐛

11 mart 2023 | 11:46
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Sabirkənd kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını və şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstləri düzüb.
Daha sonra Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Rəşad Tağıyev Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
İcra başçısı bildirib ki, bu kimi qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinə həssaslıqla baxılması, qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması və sakinlərin məmnunluğunu təmin etmək üçündür.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Sakinlər tərəfindən edilən müraciətlər yeni salınmış yaşayış massivinin qazlaşdırılması, kəndin elektrik xətlərinin kabelləşməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
Sakinlərlə ümumi görüşdən sonra fərdi şəkildə müraciət etmək istəyənlərin qəbulu keçirilib.
Keçidlər