Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐢𝐧 𝐱𝐮𝐫𝐦𝐚 𝐛𝐚𝐠̆𝐥𝐚𝐫ı𝐧𝐝𝐚𝐧 𝟑𝟐 𝐦𝐢𝐧 𝐭𝐨𝐧𝐝𝐚𝐧 𝐜̧𝐨𝐱 𝐦ə𝐡𝐬𝐮𝐥 𝐲ı𝐠̆ı𝐥ı𝐛

22 noyabr 2023 | 10:21
Şəmkir rayonunda kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir.
Rayonumuzun xurma bağlarında məhsul yığımı sona çatmaq üzrədir. Bu il havanın əlverişli olması və göstərilən aqrotexniki qulluq nəticəsində demək olar ki, Şəmkirin hər yerində xurma bağlarında bol məhsul yetişdirilib.
Əsasən fərdi təsərrüfatlarda yetişdirilən xurma iş adamları tərəfindən kənd sakinlərindən münasib qiymətə alınaraq qablaşdırılır və Rusiyaya ixrac edilir.
Rayonun 1800 hektardan çox bar verən xurma bağlarından bu il 150-170 sentner məhsuldarlıq götürən təsərrüfat sahibləri alıcı sarıdan korluq çəkmirlər. Bağbanlar məhsulu elə yerindəcə, yəni, meyvə bağlarında müştərilərə satırlar.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonunda aqrar sektorun mühüm sahələrindən olan meyvəçiliyə maraq ilbəil artır. Hazırda rayonda rayonunda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur.
Cari ildə Şəmkirdə mövcud olan 1842 hektar xurma bağlarından 32461.6 ton meyvə yığılıb. İstehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur ki, bu da ölkəyə valyuta daxilolmalarının artırılmasına müsbət təsir göstərir.
Keçidlər