Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan çempionatında Şəmkir idmançılarından 1 qızıl 2 bürünc medal.

03 aprel 2023 | 09:35
20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatına yekun vurulub.
Sonuncu yarış günündə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ümumilikdə 96 güləşçi qüvvəsini sınayıb.
Medallar uğrunda yarışan pəhlivanlar arasında Şəmkir rayonunu təmsil edən idmançılar da fərqləniblər.
Belə ki, eyni çəki dərəcəsində (130 kq) mübarizə aparan Ayxan Mərdanov (Şəmkir) və Məzahim Mərdanov (Şəmkir) yarımfinalda qarşılaşmalı idi. Lakin Ayxan zədələndiyi üçün güləşə bilməyib. Final Mərhələsinə vəsiqə qazanan Məzahim Mərdanov isə qızıl medal uğrunda yarışda rəqibinə heç bir şans verməyib. Məzahim finalda “Olimpsport” idmançısı Fərid Qazıyevi 8:0 hesabı ilə məğlub edərək kürsünün ən yüksək pilləsinə qalxıb. Ayxan Mərdanov isə bürünc medal qazanıb.
97 kq-da mübarizə aparan Emin Yusifov da bürüc medal uğrunda yarışda rəqibindən üstün olub. Emin “Spartak” klubunun idmançısı Məhəmməd Abdullazadə üzərində 12:5 hesabı ilə inamlı qələbə qazanaraq bürünc medalı Şəmkirə gətirib.
20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatına qatılan bütün idmançılarımızı, qalibləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!
 
 
 
Keçidlər