Şriftin ölçüsü :

Saytın rəngi :

𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐦𝐞𝐲𝐯ə 𝐛𝐚𝐠̆𝐥𝐚𝐫ı𝐧𝐚 𝐛𝐚𝐱ı𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐛, 𝐟𝐞𝐫𝐦𝐞𝐫𝐥ə𝐫𝐥ə 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧𝐮̈𝐛

17 aprel 2023 | 09:32
Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Kənd təsərrüfat sahələrinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir.
Son illərdə Şəmkir rayonunda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır.
Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir.
Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonunda 4573.4 hektar meyvə və giləmeyvə bağları mövcuddur ki, onların da 94 hektarı 2022-ci ildə salınıb.
Şəmkir rayonu ərazisində mövcud olan sahənin 3395.4 hektar meyvə verən yaşda olan bağlardır.
Ötən il həmin sahələrdən 85393,5 min ton məhsul istehsal olunmuşdur.
Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, şaftalı, heyva və digər meyvə bağları mövcuddur.
Eyni zamanda rayonda 558 hektar üzüm bağları var. Ötən il bu bağlardan 11965,9 ton, əhali təsərrüfatlarında mövcud talvar üzümündən isə 22169,0 ton məhsul yığılıb. Rayon üzrə cəmi 34134,9 ton üzüm istehsal olunub.
 
Keçidlər