𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐝ə𝐟ə 𝐫𝐚𝐲𝐨𝐧 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐧𝐢 𝐪ə𝐛𝐮𝐥 𝐞𝐝𝐢𝐛-07.03.2023
09 mart 2023 | 10:09
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Sakinlər tərəfindən edilən müraciətlər məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak olmuş sakinlər iştirak ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula ((𝟎𝟓𝟎) 𝟓𝟏𝟏-𝟐𝟏-𝟔𝟏) 𝐐𝐚𝐲𝐧𝐚𝐫 𝐗ə𝐭𝐭 nömrəsinə zəng vuraraq və ya elektron qaydada (𝐫𝐢𝐡.𝐠𝐨𝐯.𝐚𝐳) yazıla bilərlər.