𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐮𝐧 𝐦𝐨̈𝐯𝐜𝐮𝐝 𝐪𝐚𝐳 𝐭ə𝐬ə𝐫𝐫𝐮̈𝐟𝐚𝐭ı 𝐯ə 𝐪𝐚𝐳𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥𝐦𝐚𝐲𝐚𝐧 𝐲𝐚𝐬̧𝐚𝐲ı𝐬̧ 𝐦ə𝐧𝐭ə𝐪ə𝐥ə𝐫𝐢𝐧ə 𝐭ə𝐛𝐢𝐢 𝐪𝐚𝐳ı𝐧 𝐯𝐞𝐫𝐢𝐥𝐦ə𝐬𝐢 𝐮̈𝐜̧𝐮̈𝐧 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫 𝐦𝐮̈𝐳𝐚𝐤𝐢𝐫ə 𝐨𝐥𝐮𝐧𝐝𝐮
18 may 2023 | 11:47
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin qazlaşdırılması və bu istiqamətdə görülən işlərlə bağlı Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Elman Qənbərov və Şəmkir Qaz İstismarı Sahəsinin rəisi Qismət Əskərovu qəbul edib.
Rəşad Tağıyev bildirib ki, 2022-ci il Şəmkirin sosial-iqtisadi həyatı üçün bir sıra uğurlarla yadda qaldı. Ötən il qazanılan uğurlarda payı olan“Azəriqaz” İB tərəfindən də rayonun qaz təsərrüfatının inkişafı ilə bağlı mühüm işlər görülüb: “Bütün bunlarla yanaşı mövcud problemlərin aradan qaldırılması üçün cari ildə də məqsədyönlü tədbirlər görülməlidir. Çünki rayonun qaz təsərrüfatında işin günün tələbləri səviyyəsində qurulması, o cümlədən mövcud problemlərin aradan qaldırılması həyata keçirilən tədbirlərdən, aparılan xidmət işlərinin keyfiyyətindən asılıdır”.
İcra başçısı qeyd edib ki, Şəmkir rayonunun qazlaşdırılması nəticə etibarı ilə prezident cənab İlham Əliyevin regionların sosial – iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın icrasının ən vacib məsələlərindən biridir: “Bu sahədə rayonumuzda həyata keçirilən layihələr, eləcədə təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri qaz təsərrüfatının müasirləşməsini və yenidən qurulmasını sürətləndirməklə yanaşı istehlakçıların fasiləsiz və dayanıqlı təbii qazla təmin olunmalarında mühüm rol oynayır”.
Rəşad Tağıyev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Şəmkir rayonunun 66 yaşayış məntəqəsindən cəmi 8 yaşayış məntəqəsi qazlaşdırılmayıb: “Həmin kəndlər isə ucqar dağ kəndləridir ki, onların da qazlaşdırılması üçün aidiyyəti üzrə müraciət olunub və bu istiqamətdə tədbirlər görülür. Bu gün əhali sayı baxımından rayonumuz 98 faiz qazlaşdırılıb”.
Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Elman Qənbərov rayonun qaz təsərrüfatının mövcud vəziyyəti haqqında məlumat verərək bildirib ki, sakinlərin təbii qazla təmin edilməsi işlərinin icrası əsasən rayonun mövcud qaz şəbəkəsi sisteminin təkmilləşdirilməsi, zəruri hallarda onun ayrı-ayrı hissələrinin yenidən qurulması, tələbata uyğun səviyyədə qazın verilməsinə yönəldilmiş işlərdə davamlı şəkildə aparılır və bundan sonra da daha yaxşı vəziyyətə gətirilməsi üçün tədbirlər görüləcək, sakinləri narahat edən bütün problemlər mərhələli şəkildə aradan qaldırılacaq.
Görüşdə həmçinin Şəmkir rayonunun yeni salınmış yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi, qazlaşdırılmış ərazilərdə yarana biləcək problemlərin meydana çıxmasının vaxtında qarşısını alınması və digər məsələlər də müzakirə olunub.