Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒ə𝐲𝐲𝐚𝐫 𝐀𝐒𝐀𝐍 𝐀𝐯𝐭𝐨𝐛𝐮𝐬 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə.

03 may 2023 | 10:10
"ASAN xidmət"in səyyar avtobusu Şəmkir rayonunda fəaliyyətə başlayıb.
Şəmkirlə yanaşı, digər rayonların da sakinlərinə xidmət göstərəcək ASAN Avtobusda vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi aiddir.
Eyni zamanda, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar verilməsi kimi xidmətlərdən yararlana bilərlər.
Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.
Qeyd edək ki, may ayının 1-dən başlayan Səyyar ASAN Avtobus xidməti iyun ayının 1-nə kimi vətəndaşlara xidmət göstərəcək.

Keçidlər