𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐢𝐧 𝐠𝐢𝐥ə𝐦𝐞𝐲𝐯ə 𝐛𝐚𝐠̆𝐥𝐚𝐫ı𝐧𝐝𝐚𝐧 𝐨̈𝐭ə𝐧 𝐢𝐥𝐥ə 𝐦𝐮̈𝐪𝐚𝐲𝐢𝐬ə𝐝ə 𝐢𝐤𝐢 𝐝ə𝐟ə 𝐜̧𝐨𝐱 𝐦ə𝐡𝐬𝐮𝐥 𝐲ı𝐠̆ı𝐥ı𝐛, 𝐦𝐞𝐲𝐯ə 𝐛𝐚𝐠̆𝐥𝐚𝐫ı𝐧𝐝𝐚𝐧 𝐢𝐬ə….
12 iyul 2024 | 11:12
Bu gün Şəmkirdə kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik də inkişaf edir.
Rayonumuzda müasir suvarma sistemlərinin, innovativ texnologiyaların tətbiqi, o cümlədən dövlət dəstəyi mexanizmləri meyvəçilikdə bol məhsul istehsalına zəmin yaradır. Həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir.
Bu məqsədlə mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirilir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olunur, eyni zamanda onların arzu və istəkləri dinlənilir.
Şəmkirdə hazırda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur. 2024-cü ildə rayonumuzda 78 hektar yeni bağ salınıb. Fermerlər tərəfindən müsair standartlara uyğun qurulan bu bağlar xurma (41 ha), şaftalı (25 ha) və alça (12 ha) bağlarıdır.
Rayon ərazisində əsasən xurma, alma, armud, gilas, nar, şaftalı, heyva, gavalı, alça və digər meyvə bağları mövcuddur.
2024-cü ilin yanvar-iyun aylarında rayonumuzda mövcud olan bağlardan 15386,9 ton meyvə və giləmeyvə yığılıb. Ötən illə müqayisədə gavalı, alça, gilas, şaftalı bağlarında məsuldarlıq 2024-cü ildə daha çox olub. Bu fərq giləmeyvələrdə daha çox özünü göstərir. Belə ki, ötən il 302 hektar giləmeyvə bağlarından 830,7 ton məhsul yığılmışdırsa, cari ildə həmin ərazilərdən toplanan məhsul iki dəfə artaraq 1650,3 ton olmuşdur.
Qeyd edək ki, rayonumuzda istehsal olunan məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur ki, bu da ölkəyə valyuta daxilolmalarının artırılmasına müsbət təsir göstərir.
Cari ildə Şəmkir rayonunda payızlıq meyvələrdən, xüsusilə də xurma, nar, alma, armud, üzüm bağlarından da fermerlər yüksək məhsuldarlıq əldə edəcəklərini gözləyirlər.