Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 ə𝐫𝐚𝐳𝐢𝐬𝐢𝐧𝐝ə 𝐲𝐞𝐫𝐥ə𝐬̧ə𝐧 𝐪ə𝐛𝐫𝐢𝐬𝐭𝐚𝐧𝐥ı𝐪𝐥𝐚𝐫𝐝𝐚 𝐢𝐦ə𝐜𝐥𝐢𝐤 𝐭ə𝐬̧𝐤𝐢𝐥 𝐨𝐥𝐮𝐧𝐮𝐛, 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐠𝐨̈𝐫𝐮̈𝐥𝐮̈𝐛.

23 may 2023 | 13:00
Şəmkir rayonu ərazisində yerləşən tarixi abidələr və qəbristanlıqlarda ümumrayon iməcliyi təşkil edilib.
"Dəyərlərimizi qoruyaq” adlı aksiyada inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının əməkdaşları, rayon fəalları, gənclər iştirak ediblər.
Aksiya zamanı ətraf yabanı otlardan, tullantılardan təmizlənib və qəbirstanlıqlarda dinindən, irqindən asılı olmadan dəfn edilmiş bütün şəxslərin qəbirüstüləri təmizlənib.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb.
Eyni zamanda qəbristanlıq ərazilərinə yaşıllıqlar salınıb, bəzi ərazilərdə qəbristanlığın ətrafında abadlıq işləri aparılaraq kənd fəalları tərəfindən yeni hasar çəkilib.
Keçidlər