𝐌𝐮𝐥𝐭𝐢𝐤𝐮𝐥𝐭𝐮𝐫𝐚𝐥𝐢𝐳𝐦𝐢𝐧 𝐝𝐨̈𝐯𝐥ə𝐭 𝐬𝐢𝐲𝐚𝐬ə𝐭𝐢𝐧ə 𝐜̧𝐞𝐯𝐫𝐢𝐥𝐦ə𝐬𝐢𝐧𝐝ə 𝐔𝐥𝐮 𝐨̈𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝐫𝐨𝐥𝐮 𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮𝐧𝐝𝐚 𝐦𝐚𝐚𝐫𝐢𝐟𝐥ə𝐧𝐝𝐢𝐫𝐢𝐜𝐢 𝐬𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
07 fevral 2023 | 15:51
Şəmkir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Regional şöbəsinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbində "Azərbaycanda Tolerantlığın və Multikulturalizmin dövlət siyasətinə çevrilməsində Ulu öndər Heydər Əliyevin rolu" mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Şəmkir RİH əməkdaşı Ruhid Hacıyev, Tovuz Regional şöbəsinin əməkdaşı Rasim Tağıyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini xüsusi vurğulayıb. Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.
Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyən Baş nazirin müavini bildirib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. Məhz Azərbaycanda multikulturalizm tarixən həyat tərzi olub və bu ənənələr bu gün də yaşamaqdadır.
Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir.
Sonda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.