Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐝𝐚 𝟐𝟎 𝐘𝐚𝐧𝐯𝐚𝐫 𝐟𝐚𝐜𝐢ə𝐬𝐢 𝐪𝐮𝐫𝐛𝐚𝐧𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐱𝐚𝐭𝐢𝐫ə𝐬𝐢𝐧ə 𝐡ə𝐬𝐫 𝐨𝐥𝐮𝐧𝐦𝐮𝐬̧ 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛.

23 yanvar 2023 | 09:48
Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoyublar.
Rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Daha sonra tədbir Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa ilə davam etdirilib.
Çıxış edənlər bildirib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildi.
Qeyd olundu ki, məhz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Tədbirdə Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquq qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən geniş şəkildə danışıblar.
Sonda Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərə həsr olunmuş film nümayiş olunub.
Keçidlər