Şriftin ölçüsü :

Saytın rəngi :

𝐂𝐚𝐫𝐢 𝐢𝐥𝐝ə 𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐝𝐚 𝟏𝟖𝟕𝟓,𝟑 𝐡𝐞𝐤𝐭𝐚𝐫 𝐪𝐚𝐫𝐠̆ı𝐝𝐚𝐥ı, 𝟗𝟕𝟐 𝐡𝐞𝐤𝐭𝐚𝐫 𝐠𝐮̈𝐧ə𝐛𝐚𝐱𝐚𝐧 ə𝐤𝐢𝐥𝐢𝐛.

05 sentyabr 2023 | 17:51
Bu gün Şəmkir rayonunun iqtisadiyyatının aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Aqrar sektor sakinlərimizin məşğulluğunun artırılması, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Bu baxımdan rayonda kənd təsərrüfatının inkişafına, xüsusi diqqət yetirilir.
Əldə olunan uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər rayonumuzun inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir.
Şəmkir iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq aparıcı rol oynayır. Eyni zamanda rayonun təsərrüfatlarında bostan və günəbaxan məhsulları da istehsal edilir.
Rayonda artıq qarğıdalı və günəbaxan məhsulunun yığımı üçün isə kombaynlar və kombaynlara birləşdirilən xederlər ayrılıb.
Qarğıdalı və günbaxan istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər yüksək məhsuldarlıq əldə etdiklərini bildirirlər.
Məlumat üçün bildiririk ki, ümumilikdə rayon üzrə 1875,3 hektar qarğıdalı, 972 hektar günəbaxan əkilib.
Eyni zamanda 421,7 hektar şəkər çuğunduru, 125 hektar vələmir, 92 hektar lobya, 88,6 hektar soya, 44 hektar isə yerfıstığı əkilib.
Keçidlər