𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐫𝐚𝐲𝐨𝐧𝐮𝐧𝐝𝐚 𝐪𝐚𝐧𝐯𝐞𝐫𝐦ə 𝐚𝐤𝐬𝐢𝐲𝐚𝐬ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛.
29 mart 2023 | 15:51
Şəmkirdə rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.
Artıq Şəmkirdə ənənə halını alan bu nəcib aksiyada Rayon İcra Hakimiyyəti, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları, həmçinin sakinlər könüllü olaraq qatılıblar.
200-ə yaxın donorun qoşulduğu aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.