𝟏𝟔 𝐯ə 𝟑𝟔 𝐦ə𝐧𝐳𝐢𝐥𝐥𝐢 𝐲𝐚𝐬̧𝐚𝐲ı𝐬̧ 𝐛𝐢𝐧𝐚𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐢𝐬𝐭𝐢𝐥𝐢𝐤 𝐬𝐢𝐬𝐭𝐞𝐦𝐢𝐧𝐢𝐧 ə𝐬𝐚𝐬𝐥ı 𝐭ə𝐦𝐢𝐫 𝐢𝐬̧𝐥ə𝐫𝐢𝐧ə 𝐛𝐚𝐬̧𝐥𝐚𝐧ı𝐥ı𝐛
13 dekabr 2022 | 15:05
Şəmkir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 16 və 36 mənzilli yaşayış binasının istilik sisteminin əsaslı təmir işlərinə başlanılıb.
Hazırda həmin binada istilik sisteminin quraşdırılması işləri sürətlə davam edir. Yaxın günlərdə binanın istilik sistemi fəaliyyətə başlayacaq.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bina sakinləri ilə görüş keçirib.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük işlər görülür. Rayonumuzda da tikinti, quruculuq, abadlıq işləri aparılır.
İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələrinin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər olunub: “Hazırda görülən təmir-bərpa işləri də onlara verilən dəyərin bir nümunəsidir”.
Məlumat üçün bildiririk ki, bina 2013-cü ildə Birinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilib istifadəyə verilib.
Binanın istilik sistemi bir neçə ildir ki, istifadə olunmurdu və yararsız hala düşmüşdü.