🔥𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐪𝐚𝐳 𝐭ə𝐦𝐢𝐧𝐚𝐭ı𝐧ı𝐧 𝐲𝐚𝐱𝐬̧ı𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥𝐦𝐚𝐬ı 𝐦ə𝐪𝐬ə𝐝𝐢𝐥ə 𝐜𝐚𝐫𝐢 𝐢𝐥𝐢𝐧 𝟔 𝐚𝐲ı𝐧𝐝𝐚 𝐠𝐨̈𝐫𝐮̈𝐥ə𝐧 𝐢𝐬̧𝐥ə𝐫
24 iyul 2025 | 12:07
H͟e͟s͟a͟b͟a͟t͟
Şəmkir rayonunda müvafiq dövlət qurumları tərəfindən infrastrukturun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
2025-ci ilin birinci yarımili ərzində Azəriqaz İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin Şəmkir Xidmət Sahəsinin daxili imkanları hesabına əhalinin qaz təminatının yaxşılaşdırılması üçün 500 pm korroziyaya uğramış qaz xətləri dəyişdirilmiş, həmçinin 580 pm yeni qaz xətti çəkilmişdir.
Eyni zamanda şəhid ailələrinin və müharibə əlillərinin yaşadıqları fərdi yaşayış evlərində 58,5 pm daxili qaz xətləri çəkilmişdir.
Bununla yanaşı rayon ərazisində rayon ərazisində 11802 pm qaz xəttinin rənglənməsi işləri yerinə yetirilmişdir.






