Şriftin ölçüsü :

Saytın rəngi :

𝐄𝐤𝐨𝐥𝐨𝐠𝐢𝐲𝐚 𝐯ə 𝐭ə𝐛𝐢𝐢 𝐬ə𝐫𝐯ə𝐭𝐥ə𝐫 𝐧𝐚𝐳𝐢𝐫𝐢 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐯ə𝐭ə𝐧𝐝𝐚𝐬̧𝐥𝐚𝐫ı 𝐪ə𝐛𝐮𝐥 𝐞𝐝𝐢𝐛

24 noyabr 2023 | 14:51
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər