𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢 𝐪𝐚𝐫𝐝𝐚𝐬̧ 𝐓𝐮̈𝐫𝐤𝐢𝐲ə𝐲ə 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐲𝐚𝐫𝐝ı𝐦 𝐓𝐈𝐑-𝐧ı 𝐲𝐨𝐥𝐚 𝐬𝐚𝐥𝐝ı𝐥𝐚𝐫.
16 fevral 2023 | 17:33
Şəmkir rayonu da Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım aksiyasına fəal qoşuldu.
Yardımla bağlı Şəmkir Olimpiya İdman Komleksində qəbul məntəqəsi yaradıldı.
Humanitar yardım kompaniyası çərçivəsində Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində ən çox ehtiyac duyulan ləvazimatların toplanması həyata keçirildi.
Şəmkir sakinləri artıq 5 TIR və 4 yük maşınını qardaş ölkə üçün yola salıblar.
Türkiyəyə gedən mallar arasında çadırlar, generatorlar, əl fənərləri, elektrik cihazları, sobalar, tulumlar, yeni isti yataq dəstləri və geyimlər, gigyenik vasitələr, uşaqlar üçün oyuncaqlar, ərzaq məhsulları (quru qida), meyvə suları göndərilib.