Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐑𝐈𝐇-𝐝ə 𝐦𝐮̈𝐬𝐚𝐛𝐢𝐪ə𝐝ə𝐧 𝐤𝐞𝐜̧ə𝐧 𝐝𝐚𝐡𝐚 𝟔 𝐠ə𝐧𝐜 𝐲𝐮̈𝐤𝐬ə𝐤 𝐯ə𝐳𝐢𝐟ə𝐲ə 𝐭ə𝐲𝐢𝐧 𝐞𝐝𝐢𝐥𝐝𝐢.

04 fevral 2023 | 10:22
Bu gün Şəmkir rayonunda gənclərin intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırılır.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı görülən layihələrdən biri də onlara öz bacarıqlarını anında göstərmək imkanının tanınması və rayon rəhbərliyi tərəfindən dəstək verilməsidir. Layihə çərçivəsində ötən il Şəmkir RİH-də 300 nəfərə yaxın gənc arasında müsabiqə təşkil olundu və 6 nəfər yüksək vəzifələrə təyinat aldı.
2 Fevral - Gənclər Günündə isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən müsabiqədə yüksək nəticələr əldə etmiş daha 6 nəfərin bilik və bacarıqları yüksək qiymətləndirildi.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin müvafiq Əmrinə əsasən Əzizova Könül Vaqif qızı Şəmkir RİH başçısı Aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi – psixoloqu, Vətən Müharibəsi iştirakçısı Namazov Faiq Hamlet oğlu Şəmkir RİH başçısı Aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Fikrətli Fərid Ceyhun oğlu Şəmkir RİH başçısının Kür qəsəbə, Əliyev Natiq Muradxan oğlu Zəyəm qəsəbə, Hüseynov Vüsal Qoşqar oğlu Atabəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Qənbərli Ömər Elçin oğlu isə Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrinə təyin ediliblər.
Yeni təyinat almaları münasibətilə gəncləri təbrik edən Rəşad Tağıyev bildirib ki, gənclər, daim hər bir cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Gənc nəslə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, inteqrasiyasına əlverişli şəraitin yaradılması dövlətimizin parlaq gələcəyinin təminatıdır. Gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir.
Məlumat üçün bildiririk ki, müsabiqədə nəticə əldə etmiş gənclərin təyinatları davam edəcək. Eyni zamanda ilk dəfə müraciət etmək istəyən ali təhsilli gənclər üçün növbəti müsabiqələr təşkil olunacaq.
Keçidlər