𝐍𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐒ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐐𝐚𝐩𝐚𝐧𝐥ı 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢
09 dekabr 2022 | 18:08
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, RİH başçısı tərəfindən tapşırıqlar verilir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş rayonumuzun Qapanlı kəndinin sakinləri ilə keçirildi.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını ziyarət edib.
Rəşad Tağıyev kənd ictimaiyyətinin nümayəndələri ilə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verdi.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olundu.
Sakinlər tərəfindən edilən müraciətlər əsasən kəndə gələn yolun təmir olunması, su problemi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.