Dövlət Komitəsinin sədri Şəmkir rayonunda vətəndaşları qəbul edib
09 iyun 2023 | 15:53
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şəmkir rayonunda vətəndaşları qəbul edib.
Qəbulda Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Bahar Muradova və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayon sakinlərinin qəbulu zamanı aliment ödənişi, işlə təmin olunma, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, boşanma nəticəsində yaranan hüquqi problemlərin həlli və digər məsələlər üzrə müraciətlərə baxılıb.
Qəbulda iştirak edən vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, bir hissəsi yerindəcə həll edilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.